“Zirə” futbol klubunun xalis mənfəəti kəskin azalıb

Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” Peşəkar Futbol Klubu MMC 2025-ci ili 5.87 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü ildəki 18.25 min manat mənfəətlə müqayisədə 67.8% azdır.

Banker.az bunu futbol klubunun illik maliyyə hesabatına istinadən xəbər verir.

Klubun bölüşdürülməmiş mənfəəti 63.76 min manata çatıb.

Klubun əsas fəaliyyət gəlirləri illik müqayisədə 36.1% artaraq 4.74 mln. manatdan 6.44 mln. manata yüksəlib. Bununla yanaşı, əməliyyat xərcləri də artıb. Xüsusilə futbolçuların əməkhaqqı üzrə xərclər 4.08 mln. manatdan 5.56 mln. manata çatıb ki, bu da 36.3% artım deməkdir.

Balans göstəricilərinə görə, klubun cəmi aktivləri il ərzində 63.1% artaraq 902.49 min manatdan 1.47 mln. manata yüksəlib. Dövriyyə aktivləri 73.8% artaraq 1.29 mln. manat təşkil edib.

Eyni dövrdə öhdəliklər 66.8% artaraq 844.50 min manatdan 1.41 mln. manata çatıb. Ən böyük artım əlaqəli tərəflər qarşısında kreditor borclarında qeydə alınıb.

z445 scaled

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər