24 C
Baku
Cümə, Sentyabr 17, 2021

Ziraat Bank Azərbaycan “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb

Screen Shot 2021 09 02 at 14.34.20

“Ziraat Bank Azərbaycan” sosial məsuliyyət strategiyası çərçivəsində fəaliyyətini davam etdirərək işğaldan azad olunan ərazilərdə bərpa, quruculuq və abadlıq işlərinin aparılması məqsədilə yaradılan “Qarabağ Dirçəliş Fondu”na vəsait ayırıb. Ölkənin iqtisadi inkişafına tam dəstək olmaq məqsədilə daim sosial layihələrin həyata keçirilməsində yaxından iştirak edən Bank, fondun hesabına yardım məqsədilə 100.000 manat məbləğində vəsait köçürüb.

Sözügedən Fond, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılmış və əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsindən ibarətdir.

Qeyd edək ki, Bank daha əvvəl Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna da öz dəstəyini göstərmişdir.

Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində yeni fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində olmaqla 5 filialı mövcuddur. Bundan əlavə, Bank qısa müddət ərzində filiallarının sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək və ya www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər