10 C
Baku
Wednesday, December 11, 2024

Kredit Təhlili Departamenti baş mütəxəssis – “Ziraat Bank Azərbaycan” ASC

“Ziraat Bank Azərbaycan” ASC Kredit Təhlili Departamenti baş mütəxəssis vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • 3 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
  • Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;
  • CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3, CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
  • Kompüter bilikləri (MS Office, Internet);

 

Əsas vəzifələr:

Korporativ müştərilər üzrə geniş təhlil hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının)  hazırlanması.

 

Göstərilən tələblərə cavab verən namizədlər Iyul ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.

Son xəbərlər
Digər xəbərlər