6 C
Baku
Sunday, December 15, 2024

Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!

®Daim öz missiyasını həyata keçirtmək üçün fəal iştirak edən, sosial məsuliyyət və Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrlə seçilən “Ziraat Bank Azərbaycan” ASC, Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağında həyata keçirilən “Bankçılıq Mükafatları” tədbirində iştirak edərək qiymətləndirilmişdir. Belə ki, Bank 2019-cu il üçün “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, 2020-ci il üçün isə “Korporativ sosial məsuliyyət” olmaq üzrə mükafatlara layiq görülmüşdür.

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində yeni fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində olmaqla 5 filialı mövcuddur. Bundan əlavə, Bank qısa müddət ərzində filiallarının sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək və ya www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər