10 C
Baku
Thursday, December 12, 2024

“Ziraat Bank Azərbaycan”: İnkişaf planlarımızı yenidən nəzərdən keçiririk

“Cari ilin fevralında baş verən devalvasiyadan sonra “Ziraat Bank Azərbaycan” ASC planlarını yenidən nəzərdən keçirib”.

Bunu “APA-Economics”ə açıqlamasında “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci deyib.

“Devalvasiya Azərbaycan Mərkəzi Bankının qərarıdır. Bankların da vəzifəsi tənzimləyici orqanın qəbul etdiyi qərarlara uyğun olaraq fəaliyyətlərini istiqamətləndirməkdir. Devalvasiyadan sonra biz planlarımızı yenidən gözdən keçirdik. Yolumuza davam edirik. Hər hansı bir mənfi tendensiya yoxdur. Hər bir bank önəmli iqtisadi dəyişiklikdən sonra strategiyasını, layihələrini gözdən keçirir, biz də bunu etdik”, – deyə A. Demirci vurğulayıb.

A. Demirci deyib ki, qısa zamanda bankın mənfəət əldə etməsi üçün işlər görülür: “Təbii ki, qurulma ərəfəsində yaradılma xərclərinə görə bəlli bir gəlir gözləməmək normaldır. Amma biz Azərbaycana böyük bir sərmayə ilə gəldik. Bu sərmayənin də bəlli bir gəlirliliyi olmalıdır. Qısa  zamanda gəlir əldə etmək istəyirik. Bu istiqamətdə çalışmalar davam edir və ən qısa zamanda sərmayənin gəlir verməsi üçün tədbirlər görürük”.

Son xəbərlər
Digər xəbərlər