“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri vəzifəsinə təyinat olub.
Bu vəzifəyə Avni Demirci gətirilib.
A. Demirci bundan öncə “Ziraat Bank (Moskva)” QSC-nin Müşahidə Şurasının üzvü, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.
Bank fəaliyyətinə 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.
APA