2 C
Baku
Saturday, December 14, 2024

Ziraat Bank Azərbaycandan Yaşıl Avto Krediti ilə təbiətsevər addım!

®Daima müştərilərinə geniş məhsul çeşidləri təqdim edən  Ziraat Bank Azərbaycan, bu dəfə də  avtomobil almaq istəyən müştərilərini sevindirdi. Bank, ətraf mühiti qoruyaraq, təbiətə heç bir qalıq yanacaq buraxmadan və karbon emissiyası olmadan fəaliyyət göstərən Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığının asanlaşdırılması məqsədi ilə yaradılan Yaşıl Avto Kredit məhsulunu təqdim edib. 

Yaşıl Avto Kredit məhsulu ilə Ziraat Bank Azərbaycan, bərpa olunan enerji baxımından təbiət dostu olan Elektrik və Hibrid mühərrikli avtomobillərin alışının təşviqini nəzərdə tutub. Həm təbiətin qorunmasına qayğı ilə yanaşan, həm də avtomobil sahibi olmağı arzu edən müştərilərə xitab edən bu məhsul ilə ətraf mühitə zərərin maksimum azaldılmasını və gələcək nəsillərə daha yaşanılabilər bir dünya bəxş etmək məqsədini hədəfləyən Bank, təbiətsevərlərin avtomobil arzusuna çatmalarını təklif etdiyi sərfəli kredit şərtlərilə asanlaşdırıb.

Bankın verdiyi məlumata əsasən  kredit istər yeni, istərsə də ikinci əl Elektrik və Hibrid mühərrikli avtomobillər üçün təqdim olunur. Beləliklə, avtomobil sahibi olmaq istəyən şəxslər Elektrik mühərrikli avtomobilləri 48 ayadək, Hibrid mühərrikli avtomobilləri isə 36 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə Ziraat Bank Azərbaycana müraciət edərək arzularını reallaşdıra bilərlər. Qeyd edək ki, Elektrik mühərrikli avtomobillər üzrə kreditin maksimal məbləği istehsal tarixindən asılı olaraq avtomobilin dəyərinin 90%-dək, Hibrid mühərrikli avtomobillərdə isə avtomobilin istehsal tarixindən asılı olaraq nəqliyyatın dəyərinin 60%-dən 80%-dək təşkil edir.

Təbiət dostu olan Ziraat Bank Azərbaycanın Yaşıl Avto Kredit məhsulundan faydalanmaq istəyən şəxslər lazımi sənədlərlə Bankın filiallarına yaxınlaşaraq müraciət edə bilərlər.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. 

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər