®“Ziraat Bank Azərbaycan” müştərilərinin rahatlığını düşünərək, həmçinin müştəri tələblərini nəzərə alaraq yeni “Səmərəli Əmanət” məhsulunu təqdim edir. Qeyd olunan məhsul fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərinin səmərəli yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Həmçinin “Səmərəli Əmanət” məhsulu fiziki və hüquqi şəxslərin AZN və USD valyutasında olan əmanətini həm etibarlı şəkildə dəyərləndirilməsinə, həm də bitmə vaxtının gün olaraq seçilməsinə imkan verir.
Bildiyimiz kimi, əmanət yerləşdirdiyimiz zaman əmanət müddəti əsasən aylıq və illik olaraq müəyyən edilir. “Ziraat Bank Azərbaycan” isə müştərilərinin tələblərini nəzərə alaraq yeni məhsulunda yerləşdirilən əmanətlər üçün əmanət müddətini aylıq və illik olaraq deyil, günlük olaraq seçmə imkanı yaradır. Belə ki, müştərilər artıq əmanətlərinin bitmə vaxtını istədikləri gün olaraq seçə biləcəklər. Bu da müştərilərə əmanətlərini istədikləri vaxt aralığında dəyərləndirmə imkanı verir.
“Səmərəli Əmanət” məhsulunda əmanət faizləri müştərilərə müddət sonunda təqdim ediləcəkdir. Həmçinin əmanətlər AZN və USD valyutasında yerləşdiriləcəkdir. Əmanət faizləri haqqında məlumatı isə aşağıda qeyd olunan cədvəldən əldə edə bilərsiniz.
“Ziraat Bank Azərbaycan” müştərilərin rahatlığı və bank əməliyyatlarının daha da sürətlənməsi üçün daim yeni məhsullar istehsal edir və mövcud məhsullarını inkişaf etdirir.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində yaxın müddətdə fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərləri olmaqla 5 filialı mövcuddur. Buna əlavə olaraq Bank qısa müddət ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.