7 C
Baku
Thursday, December 12, 2024

“Ziraat Bank Azərbaycan”ın bölüşdürülməmiş mənfəətinin həcmi 21 milyon manata çatır

Azərbaycanda fəaliyyət göstərən 100% Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan” ASC-nin faiz gəlirlərinin həcmi ilin birinci rübünə 5.58 milyon manat təşkil edib.

Bu barədə Banker.az bankın 2021-ci ilin I rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Bankın faiz gəlirlərinin həcmi öncəki illə müqayisədə 34.2% artıb.

Bununla belə faiz xərclərinin həcmi 35.7% artımla 1.78 milyon manata, qeyri-faiz gəlirlərinin həcmi 4.2% artımla 1.55 milyon manata, və qeyri-faiz xərclərinin həcmi 48.1% artımla 3.11 milyon manata yüksəlib.

“Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti ilin yanvar-mart aylarına 1.48 milyon manat olmuşdur.

Bank hesabat dövrü ərzində 0.99 milyon manat problemli aktivlər üzrə ehtiyatlara ayırmalar edib və nəticədə 0.49 milyon manat xalis mənfəət əldə edib.

Bu xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəətin həcmi  20.61 milyon manata çatıb ki, bu da cəmi kapitalın 75.08 milyon manata yüksəlməsinə səbəb olub.

1 aprel 2021-ci il tarixinə bankın aktivlərinin həcmi 328.58 milyon manat, öhdəliklərinin həcmi 253.5 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər