23 C
Baku
Wednesday, October 9, 2024

Ziraat Bankı Azər-Türk Bank –dan imtina etdi

Ziraat Bankının İdarə heyətinin sədri Hüseyin Aydın, Azərbaycanda yeni bankın açılması fikrinə aydınlıq gətirib.

Banker.az Hürriyət qəzetinə istinadən xəbər verir ki, Hüseyin Aydın bildirib ki, “Azərbaycandakı Bankın texnologiya ilə bağlı bəzi çətinlikləri var və biz bazarda yaxşı çıxış edə bilmirik. Birlikdə inkişaf etmək barədə isə razılığa gələ bilmədik. Və ya alın, ya da biz alaq dedik. Ən sonda razılaşdıq ki, onlan Bankı özləri alır, bizə də lisenziya verirlər. Sonda qərara gəldik ki, olan Bankı özləri alır, bizə isə lisenziya verirlər.”

“Azər-Türk Bank” -ın səhmlərinin 50%-i Türkiyənin “Ziraat Bankası”na məxsusdur. “Ziraat Bankası”nın İdarə Heyətinin sədri “Azər-Türk Bank”da 50% paylarının artıq satıldığına və ya satılmağa başlanıldığına işarə edə bilər.

“Bununla yanaşı digər ölkələrdə də lisenziya almaq üçün müraciətlərimiz davam edir. Ölkəmizdə Bankımızı böyütdüyümüz kimi, xarici ölkələrdə də böyümək hədəfindəyik və yeni ildə Ziraat GYO Bankını quracağıq.” Hüseyin Aydın bildirib.

Son xəbərlər
Digər xəbərlər