9 C
Baku
Thursday, December 12, 2024

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyəti üzvi vəzifəsini tərk etdi

“Ziraat Bank Azərbaycan” ASC-nin (haqqında) İdarə Heyətində dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, bankın İdarə Heyətinin üzvü Fərid Əliyev vəzifəsini tərk edib.

Fərid Əliyev 2016-cı ildə İH-yə üzv seçilmişdi. Bundan öncə o, “PAŞA Bank” və bağlanan “DəmirBank”da çalışıb.

Bununla da bankın İdarə Heyəti üzvlərinin sayı 3-dən 2-yə enib.

Qeyd edək ki, Fərid Əliyev 2015-ci ilin aprel ayından “Ziraat Bank” ASC-də Xəzinədarlıq və Maliyyə İnstitutları Departamentinin direktoru vəzifəsində çalışıb və 2016-cı ilin 14 iyun tarixindən etibarən İdarə Heyəti üzvü vəzifəsini icra edib.

Son xəbərlər
Digər xəbərlər