16 C
Baku
Sunday, April 28, 2024

Ziya Əliyev: “Yeni qayda icbari avtosığorta ilə bağlı şikayətləri azaldıb”

İl ərzində Azərbaycan Mərkəzi Bankına 90 min sığorta hadisəsi üzrə vətəndaşlar tərəfindən 2700-2800 şikayət daxil olur.

Bunu Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib.

O bildirib ki, müraciətlərin böyük hissəsi icbari sığortalar, xüsusilə də avtomobillərin icbari sığortası ilə bağlıdır. Bunun da obyektiv səbəbi var. Avtomobillərin icbari sığortası daha geniş yayılıb.

O bildirib ki, sığorta şikayətlərinin 50%-i zərərlərin qiymətləndirilməsi, qalan hissəsi isə ödənişin gecikdirilməsi, ödənişdən imtina, əlavə sənədlərin tələbi ilə bağlıdır.

Avtomobillərin icbari sığorta ilə bağlı zərərlərin birbaşa tənzimlənməsinin tətbiq edilməsi sığorta şikayətlərini azaldıb. Yeni qayda tətbiq edildikdən keçən doqquz ayda 40 mindən çox hadisə üzrə Mərkəzi Banka cəmi 75 şikayət daxil olub. Bununla bağlı keçirilən sorğuların 70%-də sığortalarılar xidmətlərdən məmnunluğunu ifadə edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər