9 C
Baku
Thursday, December 12, 2024

“Zolotaya Korona” Təcili Pul Köçürmələri “Bank of Baku”da

Bank of Baku “Zolotaya Korona” beynəlxalq təcili pul köçürmələri sistemi ilə uzun illər davam etdirdiyi əməkdaşlığı bərpa etdi.

Dünyada 50.000-dən çox məntəqəsi olan “Zolotaya Korona” təcili pul köçürmələri sistemi vasitəsilə müştərilər, MDB, Türkiyə və digər ölkələrə vəsaitlərini qısa zaman ərzində göndərə bilərlər.

“Zolotaya Korona”  təcili pul köçürmələri sistemi üzrə köçürmə məbləğinin limiti 20.000 USD (ekv.), Azərbaycan manatı ilə bütün istiqamətlərə aparılan köçürmələrə görə komissiya isə – 0% təşkil edir.

Ölkələrin siyahısı və tətbiq olunan tariflərlə bu linkə – http://www.bankofbaku.com/az/money-transfers/zolotaia-korona daxil olaraq tanış ola bilərsiniz.

 

Xidmətdən faydalanmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi ilə birgə Bank of Baku-nun istənilən filialına müraciət edə bilər.

 

Qeyd edək ki, hal-hazırda Bank of Baku-nun müştəriləri “Monex”, “Contact”, “Western Union”, “Lider” və “Zolotaya Korona” təcili pul köçürmə sistemlərindən istifadə edə bilərlər.

 

Təcili pul köçürmələri haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

Son xəbərlər
Digər xəbərlər