“Zoom” qurucusu Erik Yuanın sərvəti bir gündə 3,1 milyard dollar azalıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, dekabrın 1-də “Zoom Video Communications ZM” səhmləri üçüncü rübün nəticələri açıqlandıqdan sonra 15,06% düşüb.
Hal-hazırda, Erik Yuanın sərvəti 17,9 milyard dollar təşkil edir. Daha əvvəl bildirildiyi kimi, 2020-ci ilin üçüncü maliyyə rübündə “Zoom”un gəliri 777,2 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 367% çoxdur. Birinci rübün də nəticələri möhtəşəm olub – 355% (2019-cu ildə 169%).
Buna baxmayaraq, investorlar bu nəticələrdən narazı qalıb. Onların sözlərinə görə, “Zoom” olduğundan artıq qiymətləndirilə bilər. Hazırda “Zoom”un səhmləri 406 dollara satılır, şirkətin bazar kapitallaşması isə 115,9 milyard dollar təşkil edir.
Qeyd edək ki, hələ yazda Yuanın sərvəti cəmi 5,5 milyard dollar olub. Lakin pandemiya başlayandan sonra sürətlə artmağa başlayıb. İndi o, ən zəngin amerikalılar arasında 31-ci yer tutur.