8 C
Baku
Thursday, December 12, 2024

“Zoom” un rüblük gəliri 169% artaraq 328,2 milyon dollara çatdı

Pandemiya dövründə populyarlıq qazanan “Zoom” xidməti 2020-ci il 30 aprel tarixində başa çatan maliyyə ilinin ilk rübünün nəticələrini açıqlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, birinci rübdə “Zoom” un gəliri 2019-cu ilin analoji dövrü ilə müqayisədə 169% artaraq 328,3 milyon dollar təşkil edib. Hər səhmdən əldə edilən gəlir 0,2 dollardır.

Xatırladaq ki, analitiklər rüblük gəlirin 202,7 milyon dollar, hər səhmdən əldə olunan gəlirin isə 0,09 dollar təşkil ediləcəyini gözləyirdilər.

Bununla yanaşı, şirkət auditoriyanın sayını açıqlamır. “Apptopia” analitika şirkətinin verdiyi məlumata görə, 27 mayda bu xidmətin təqribən 173 milyon aktiv istifadəçisi olub.

Xərclər 330% artaraq 103,7 milyon dollara çatıb, bunun əsas səbəbi isə şirkətin tələbatı ödəmək üçün bulud xidmətini yaratması olmuşdur.

Gəlirinin artmasına baxmayaraq, “Zoom” səhmləri demək olar ki, 4% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər