“Meta” (keçmiş “Facebook”) ön kamerası və dairəvi ekranı olan ağıllı saat hazırlayıb.
Banker.az xəbər verir ki, cihazın fotosu ağıllı eynəkləri idarə etmək üçün nəzərdə tutulmuş “Facebook View” tətbiqində görünüb.
Saatın ön kamerası displeyin aşağı hissəsində quraşdırılıb, sağ tərəfində isə idarəetmə düyməsi yer alıb. Çox güman ki, kamera videozənglər və selfilər üçün nəzərdə tutulub. Bu, cihazın kamerası olmayan “Apple Watch” və “Samsung” ilə rəqabət aparmasına imkan verir.
Xatırladaq ki, “Facebook” ilk ağıllı saatını 2022-ci ildə buraxmağı planlaşdırsa da, vaxtla bağlı yekun qərar hələ verilməyib. Şirkət üç nəsil saatlar hazırlayır.