9 C
Baku
Thursday, December 12, 2024

Zukerberq “Facebook”un səhmlərinin bir hissəsini satdı

Mark Zukerberq qurucusu olduğu “Facebook” şirkətinin səhmlərinin daha bir hissəsini satışa çıxarıb.

Vladtime.ru-ya istinadən xəbərinə görə, satışa çıxarılan və artıq alınan səhmlərin dəyəri 95 milyon dollar təşkil edir.

Qeyd edək ki, Zukerberq sentyabr və oktyabr aylarında da “Facebook”un dəyəri 190 (ümumilikdə 380) milyon dollar olan səhmlərini satışa çıxarıb. O, 2018-ci ilə qədər dəyəri ildə 1 milyard dolları ötməyən səhm satışları həyata keçirəcəyini bildirib. Hazırda “Facebook”un illik dövriyyəsi 52 milyard dollar təşkil edir.

Dünyanın ən varlı adamlarından biri olan Zukerberq səhm satışından əldə edəcəyi gəliri uşaq xəstəlikləri ilə mübarizəyə və təhlükəli xəstəliklərin dərmanının tapılmasında alimlərə köməyə sərf edəcəyini bildirib.

Lent.az

Son xəbərlər
Digər xəbərlər