“Facebook”un yaradıcısı Mark Zukerberq ABŞ-ın 500 ən dəyərli şirkətinin (S&P 500) rəhbərləri arasında öz mühafizəsi üçün ən çox pul xərcləyən şəxsdir.
“Bloomberg”-nin verdiyi məlumata görə, M. Zukerberq 3 il ərzində öz mühafizəsinin təmin olunmasına 12,5 milyon dollar ayırıb. O, 2015-ci ildə bu məqsədlə 4,26 milyon dollar, 2014-cü ildə 5,6 milyon dollar, 2013-cü ildə isə 2,65 milyon dollar xərcləyib.
M. Zukerberq hazırda dünyanın ən zəngin 8 adamından biridir. Onun sərvəti 47 milyard dollar həcmində qiymətləndirilir.
Lent.az