15 C
Baku
Friday, April 26, 2024

Bank Technique-nin problemləri böyüyür

Son günlər Bank Technique-də yaranan problemlərin ard-arası kəsilmir. Yaranmış problemlərlə əlaqədar  digər təşkilatlar da bankla əməkdaşlıqlarını dayandırıb. Bankın bir neçə xidmətləri məhdudlaşıb.

Bankın reytinqini aşağı salındı

Ötən gün beynəlxalq kredit reytinqi agentliyi Moody’s Investors Service, “Bank Technique”in depozit reytinqlərini aşağı salıb.  Bankın uzunmüddətli yerli və xarici valyuta depozit reytinqləri “Caa2″dən “Caa1″ə salınıb, reytinqin proqnozu isə “mənfi” (neqativ) müəyyən olunub. Moody’s reytinqlərin aşağı salınmasını “Bankın kapitalının zəifləməsi” ilə əlaqələndirib. Agentlik qeyd edib ki, Bank Fevralda kapitalından qəfil 25 milyon manat itirib.

Agentlik reytinqini geri çağırdı

Keçən həftə isə “Fitch Ratings” agentliyi isə “Bank Technique”in reytinqlərini geri çağırdı. Beləliklə, agentlik bankın reytinqlərinin dəstəklənməsi üçün kifayət qədər informasiyaya malik olmayacaq.  Müvafiq olaraq “Fitch” bundan sonra bu emitentin reytinqlərini və analizini aparmayacaq.

Bank Technique”in EDR üzrə “B-” səviyyəsi bankın aktivlərinin keyfiyyətini və zəif kapitallaşmanı əks etdirir. “Fitch” 2015-ci il martın 10-da bankın reytinqini “Rating Watch”un “Neqativ” siyahısına daxil edib. Buna səbəb olaraq isə manatın devalvasiyası nəticəsində kapitala olan tələblərin pozulması göstərilib.

Notariat kontorları ilə bağlı problem

Bir neçə gün öncə isə bankda notariat kontorları ilə bağlı problem ortaya çıxmışdır. Belə ki, notariat kontorlarında dövlət rüsumları Bank Technique-in bankomatları vasitəsilə ödənilirdi. Artıq rüsumların Bank Technique vasitəsilə qəbulu dayandırıldı.

Bank nağdlaşdırmaya limit qoydu

“Bank Technique”nin bankomatları vasitəsilə nağdlaşdırmaya limit qoyub. Bankın plastik kart sahibləri gündəlik 200 manatdan çox pul çıxara bilməzlər. Müştərilərə olunan xəbərdarlıqlara əsasən kartdakı pul bütünlüklə çıxarılarsa, kart bağlanacaq.

Qeyd edək ki, “Bank Technique” “Bakı Metropoliteni” QSC-yə də stansiyalarında yerləşən kartyükləmə aparatlarında toplanan pulların inkassasiyası xidmətlərini göstərməyi də dayandırıb. Həmin xidmət digər banka verilib.

Onu da diqqətinizə çatdıraq ki, bank hələ də cari illə bağlı heç bir hesabat dərc etməyib. Bankın maliyyə hesabatı ilə bağlı dərc etdiyi ən son məlumat 2014-cü ilə aiddir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.