15 C
Baku
Friday, April 26, 2024

Bu yay Antalya və Bodrumda neçəyə dincələ bilərik? – Qiymətlərdə artım var

Bu il Türkiyənin kurort bölgələrinə səyahət qiymətlərində müəyyən qədər dəyişiklik müşahidə olunur.
Mənbənin araşdırması zamanı məlum olub ki, Kapadokiyaya bir həftəlik istirahət adambaşı 550 dollardan başlayır.
Marmarisdə dincəlmək istəyənlər azı 580 dollarından keçməlidir. Antalyada bir həftə istirahət isə nisbətən ucuzdur. Məsələn, üç ulduzlu oteldə dincəımək 323 dollar, 5 ulduzlu oteldə isə 399 dollardır.
Bu isə o deməkdir ki, bir cütlüyün Antalyanın Kəmər bölgəsində dənizə yaxın 5 ulduzlu oteldə istirahəti 1360 manata başa gəlir. Buradan çıxış edərək söyləmək olar ki, əvvəlki illərlə müqayisədə qiymətlərdə 100-150 manat bahalaşma müşahidə olunur.
Bundan başqa, Quşadasında bir həftəlik istirahət 378, Bodrumda isə 377 dollardan başlayır. Lakin bu qiymətə yalnız 3 ulduzlu otel tapmaq mümkündür. Ancaq Bodrumda 4 ulduzlu otel 408, 5 ulduz isə 418 dollaradır.
Qeyd edək ki, bütün istiqamətlərə təklif olunan qiymətlərə 1 həftə istirahət, Bakıdan gediş-dönüş bileti, oteldə 5 dəfə yemək, şou proqramlar, diskoteka və s. daxildir. Bəzi turistlər qiymətin daha sərfəli olması üçün Tiflis hava limanından uçmağa üstünlük verirlər.
MənbəBakı Post
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər