23 C
Baku
Friday, April 26, 2024

Ekspertlər AMB-nin şənbə günü bankların işə çıxmasına şərh verdi

Məlum olduğu kimi bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub. Məlumatda bildirilir ki, sabah (şənbə günü) bütün bankların işə çıxarılması ilə bağlı məktub göndərib.

Bankların şənbə günü işləməsi bəzi insanlar arasında çaşqınlıq yaradıb. Bir çoxları hesab edir ki, sabah ölkədə devalvasiya ola bilər yəni manat dollar qarşısında zəifləyə bilər. Bunun real olub olmadığını öyrənmək üçün yerli maliyyə portalı ekspertlərin rəyini öyrənib.

Ekspert Samir Əliyev sabah devalvasiyanın olacağını inanmadığını bildirdi. O devalvasiya üçün hər hansı bir zəmin olmadığını qeyd edib.

Ekspert Cəfər İbrahimli isəməslə ilə bağlı fikirlərini bildirərkən qeyd etdiki hamımız bilirik ki Mərkəzi Bank rəsmi olaraq üzən məzənnəyə keçib. Belə olan halda isə devalvasiya olmur. İqtisadçı ekspert 2017-ci ilin sonuna kimi manatın məzənnəsində hər hansı ciddi bir dəyişikliyin olacağına inanmadığını bildirdi.

İqtisadçı ekspert Vüqar Bayramlı isə manatın məzənnəsinin dəyişikliyi ilə bağlı istənilən qərarın Mərkəzi Bank tərəfindən verildiyini bildirdi. O yalnız Mərkəzi Bankın manatın məzənnəsini müəyyən etdiyini qeyd etdi. Lakin Vüqar Bayramlı dollara tələbatın artacağını istisna etmədi. O bunu hələ bir neçə ay bundan qabaq dediklərini bildirdi. Ekspertin fikrincə idxalın və xaricə səfərlərin artması ilə bağlı dollara tələb artacaq. Ekspertin fikrincə çox vacib məsələlərdən bir də odur ki, Mərkəzi Bank məsələ ilə bağlı ölkə vətəndaşlarını və biznes mühütini məlumatlandırmalıdır.

MənbəFins.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər