22 C
Baku
Friday, April 26, 2024

Kredit kartları yoxsa “Quixter”?

Saxta kartların qarşısı alına və kassalarda ödənişlərin daha tez həyata keçirilməsi mümkün ola bilər. Belə ki, İsveçin Lund Universitetində təhsil alan Fredrik Leifland bir qrup tələbə ilə birgə layihə hazırlayıb. Layihənin adı isə “Quixter”dir. Kredit kartlarına rəqib ola biləcək “Quixter” sadə ödəmə sistemidir.

İstifadə qaydası isə çox rahatdır. Ovcunuzu sadəcə cihaza tanıtmağınız lazımdır. Sonra isə telefon nömrənizin son dörd rəqəmini cihaza daxil etdiyiniz zaman ödəniş həyata keçirilir.

Qeyd edək ki, layihənin təcrübədə uğurlu olub-olmamasını istifadəçilər müəyyən edəcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər