-1 C
Baku
Sunday, December 15, 2024

Səhmdarı BOKT-sinə faizsiz borclar verməklə kredit portfelini 67% böyüdüb

2021-ci ildən fəaliyətdə olan “NAS Project” Bank Olmayan Kredit Təşkilatı ASC-nin keçən ili xalis mənfəətlə bitirməklə təsisçiyə də dividend ayırıb.

Banker.az BOKT-nin illik audit hesabatına istinadən xəbər verir ki, 2023-cü ili 989 min manat faiz gəlirinə qarşı 434 min manat xalis mənfəətlə bitirib.

Bu xalis mənfəətdən sonra onun balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 406 min manatı keçib. BOKT ötən ilki xalis mənfəətindən 207 min manata yaxın hissəsini təsisçi Məhəmməd Quliyevə ayırıb. M.Quliyev hazırda 1.3 milyon manatlıq səhmlərinin 100%-nə sahibdir.

Bununla belə, M.Quliyev BOKT-nin əsas maliyyə mənbəsidir. Belə ki, təsisçinin 2023-cü ilin əvvəlindəki BOKT-a verdiyi 1.115 milyon manatlıq faizsiz borcu ilin sonuna yüksələrək 2.412 mln. manata qalxıb.

BOKT təsisçidən əldə etdiyi vəsaitlərin demək olar ki, hamısını müştərilər üzrə kreditə yönəldib. Kredit portfelinin həcmi son bir ildə 67 faiz artımla 4.042 mln. manata yüksəlib. Bunun da 98 faizi 3.986 mln. manatı istehlak kreditləridir. Öncəki ildə istehlak kreditlərinin payı 53% təşkil edirdi.

BOKT verdiyi istehlak kreditlərində 3.156 mln. manatlıq hissəsini daşınmaz əmlakla girov təminatına alıb. Cəmi 222 min manatlıq təminatsız kreditlər verib.

Son xəbərlər
Digər xəbərlər