22 C
Baku
Friday, April 26, 2024

“Kredit tətilləri” nədir?

Heç kim qəfil yaranan maliyyə çətinliyindən sığortalanmayıb. Buna səbəb isə bir çox amillər ola bilər və bu zaman üzləşdiyiniz əsas problem bank kreditini necə geri ödəməyiniz olacaq. Bu səbəbdən də maliyyə təşkilatları borcalanların vəziyyətini az da olsa yüngülləşdirmək və lazım olduqda kreditin müddətini uzatmaqla ona kömək edir və yaxud “kredit tətillərini” təklif edirlər.

Kredit tətillərinin mexanizmi:

Ödənişlərin müddətinin uzadılması hissə-hissə və yaxud tam şəkildə 1-12 ay müddətinə dondurula bilər. Hissə-hissə edilən ödənişlər zamanı borcalan yalnız faizləri ödəyir və ümumi borc tətil müddətində dayandırılır. Bu kredit yükünün ailə büdcəsinə olan təsirini azaltmaq və yaranmış maliyyə problemini həll etmək üçün zaman qazanmağa kömək edəcək.

Ümumi kredit borcunun tam olaraq ödənişinin dayandırılması korlanmamış kredit tarixçəsinə malik olanlar üçün nəzərdə tutulub. Tətil müddəti ərzində kredit üzrə istənilən ödəniş dayanadırılır. Bu üstünlükdən istifadə etmək üçün banka yaranmış maliyyə problemini sübut edən sənədi təqdim etmək lazımdır. Məsələn, məşğulluq mərkəzindən işsiz olduğunuz barədə ərizəni banka təqdim etmək lazımdır.

Hansı hallarda kredit tətili götürmək məsləhət deyil?

Girov qoyularaq kredit əldə etdikdə və borcun geri qaytarılma perspektivi olmadıqda ən yaxşı çıxış yolu olaraq girov olaraq təqdim edilən obyektib satılması barədə düşünməkdir. Bununla vəsaitlərin bir hissəsini geri qaytara bilərsiniz. Əks halda itkilər qat-qat çox olacaq.

Çünki əsas borca cərimə sanksiyalar da əlavə ediləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər