22 C
Baku
Friday, April 26, 2024

Peşəkar rəhbər

Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov

Rəhbərin peşəkarlığından yazıram. Daha doğrusu, bunun şirkət üçün əhəmiyyətindən.

Əvvəlcə baxaq ki, mənim üçün rəhbərin peşəkarlığı nə deməkdir. Peşəkarlıq işini bilmək deməkdir. Sırf menecment baxımından işini bilmək. Bu, özünü bütün münasibətlərdə göstərməlidir: 

  • işçilərlə münasibətdə,
  • müştərilərlə münasibətdə,
  • təchizatçılarla münasibətdə,
  • rəqiblərə münasibətdə,
  • sahibkarla münasibətdə və s.

Bəzən “işini bilmək” ifadəsini səhv anlayırlar. Məsələn, şirkətin işi kərpic istehsalıdırsa, rəhbərin kərpicin kimyəvi quruluşunu bilməsi o qədər də həlledici deyil.

Bunu bilərsə, əlavə üstünlük olar. Amma bu, rəhbərin peşəkarlığı üçün meyar deyil. Peşəkar rəhbər yaxşı menecerdir – bu qədər sadə!

Peşəkar rəhbər ümumi məqsədlər naminə resursları düzgün istiqamətdə səfərbər edə bilir, motivasiyanı düzgün qura bilir. Bütün işçiləri inandıra bilir ki, hamısının məqsədi eynidir. Motivasiya yerində olanda işçilər işə gəlməyi təkcə müqavilə öhdəliyi kimi qəbul etmir, onları işə gətirən başqa hansısa dəyərlər də var onlar üçün.

Peşəkar rəhbər işçilər üçün “əlçatmaz ” olmayacaq. Hər zaman işçilərin yanında olacaq. Şirkətdə hamının fikri “eşidiləcək”. Yeni ideyalar təşviq ediləcək.

Qərarvermədə daha çox şəxsin iştirakını təmin edəcək.

Peşəkar rəhbərlə işçini qorxu yox, qarşılıqlı hörmət bağlayacaq. Onlar tam əmin olmalıdılar ki, hər ikisi eyni məqsədə doğru hərəkət edir.

Peşəkar rəhbər işçilərlə münasibətdə ədalətli olacaq, ayrıseçkilik etməyəcək.

Peşəkar rəhbər bütün resursları, o cümlədən öz vaxtını səmərəli idarə edəcək. Daha çox koordinasiya və nəzarətə üstünlük verməklə digər işləri işçilərə ötürəcək. Yəni yalnız o işləri görəcək ki, komandada o işi ayrı heç kim görə bilməsin.

Rəhbər peşəkar olanda biznes proseslərdə də heç bir axsama olmur. Bütün resurslar “yerində” olur.

Nə qədər güclü, kreativ komanda olsa da, əgər rəhbər onların təkliflərini başa düşmürsə, bunun heç bir mənası olmur. Ona görə də rəhbərin peşəkarlığı inkişaf üçün zəruri şərtdir.

Ümumiləşdirsək, şirkətin peşəkarlığı rəhbərin peşəkarlığından keçir!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər