23 C
Baku
Friday, April 26, 2024

Palata “Muğanbank” və “YapıKredi”nin filiallarını ləğv etdi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialı və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına verilmiş icazələr ləğv edilmişdir. Bu barədə Banker.az-a Palatadan məlumat daxil olub.

Palatanın Direktorlar Şurasının iclasında “Yapı Kredi Bank Azərbaycan”  QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən “İnşaatçılar” filialının bağlanması üçün müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb “Yapı Kredi Bank Azərbaycan” tərəfindən xərclərin optimallaşdırılması göstərilmişdir.

Eləcə də bax- “Muğanbank”dan Baş prokurora şikayət edildi, Bank pul mənimsəyib

İclasda, həmçinin, “Muğanbank” ASC-nin “Biləsuvar” filialının icazəsinin ləğv edilməsinə dair müraciətinə baxılmışdır. Sözügedən filialın bağlanmasına səbəb olaraq filialın fəaliyyətinin rentabelli olmaması, pərakəndə biznes məhsullarının satışına yönəlmiş müştəri axınının azalması və həmin ərazilərdə cəlb ediləcək korporativ müştərilərin fəaliyyətinin azlıq təşkil etməsi olmuşdur.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu  və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialına Mərkəzi Bank tərəfindən verilmiş 19.02.2015-ci il tarixli №243/17 saylı icazəni və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına 30.05.2012-ci il tarixli №29/28  icazəni ləğv etmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər