11 C
Baku
Sunday, May 19, 2024

Əcnəbi şəxs “PASHA Holding”in hotel qrupuna rəhbər təyin edildi

Doqquz ildir Azərbaycanda hotel və kurort portfelini quran “Absheron Hotel Group” MMC-yə yeni rəhbər təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “PASHA Holding” MMC-nin törəmə şirkətinə Simon Craig Beaumont müvəqqəti olaraq baş icraçı direktor təyin edilib.

O, bu vəzifədə Martin Kleinmannı əvəz edib. M.Kleinmann 2019-cu ilin yanvarından bu vəzifədə idi.

Simon Beaumont 2015-ci ildən dünyaca məşhur olan “Marriot” hotel şəbəkəsi xətti ilə Azərbaycana gəlib. M.Kleinmannın rəhbərliyi dövrdə – 2019-cu ilin martından “Absheron Hotel Group”a baş əməliyyat inzibatçısı kimi təyin edilmişdi.

Hotel qrupuna aşağıdakı hotel və kurort qrupları daxildir:

  • Baku Marriott Hotel Boulevard
  • Sheraton Baku Intourist
  • Courtyard by Marriott Baku
  • Pik Palace, Shahdag, Autograph Collection
  • Park Chalet, Shahdag, Autograph Collection
  • Dinamo Hotel Baku
  • The Merchant Baku
  • Bilgah Beach Hotel
  • Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
  • Boutique 19 Hotel
  • Art Gallery Hotel
Son xəbərlər
 ⁠
Digər xəbərlər