26 C
Baku
Saturday, July 27, 2024

Ədliyyə Nazirliyinin binası yanır- FOTO – Yenilənib

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin “112 – Qaynar Xətt”inə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əraziya Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.


Saat 11:36

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.

Hazırda binanın 5-ci mətəbəsi yanır.

Nazirliyin əməkdaşları binadan təxliyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib, yanğın söndürülməyə başlanılıb.

Xatırladaq ki, hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın baş verən zaman canlı yayım dayandırılıb.

1598426536 WhatsApp Image 2020 08 26 at 11.17.32

 

Son xəbərlər
Digər xəbərlər