6 C
Baku
Monday, December 16, 2024

Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarladı

Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, kollegiya iclasında “Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. İclasda Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq sahə üzrə məsul şəxsləri, o cümlədən nazir müşaviri və şöbə müdirləri də iştirak ediblər. Agentliyin sədri və nazirliyin əməkdaşları auditin nəticələrinin damazlıq heyvandarlıq sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər.

Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.

İclasda həmçinin 1 nəzarət tədbirin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər