-1 C
Baku
Sunday, December 15, 2024

Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır

Türkiyə hökuməti ildə 1 milyona yaxın elektromobil istehsal etmək niyyətindədir.

Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Elektrikli avtomobillərin illik istehsalını 1 milyon ədədə çatdırmağı hədəfləyən 5 milyard ABŞ dolları dəyərində təşviq paketinə başlayırıq”, – Ərdoğan bildirib.

O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin “BYD” şirkəti ilə 1 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. “Digər şirkətlərlə danışıqlarımız davam edir. Bu, hələ başlanğıcdır”.

“BYD” ilə müqavilə Türkiyədə ildə 150 ​​min ədəd elektromobil və hibrid avtomobil istehsal etmək gücünə malik zavodun açılmasını nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər