14 C
Baku
Wednesday, April 17, 2024

Əhali pulunun 56%-ni ərzaq, içki və tütünə xərcləyib

2022-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara
45111 milyon manatlıq, o cümlədən 25354.3 milyon manatlıq ərzaq məhsulları, içkilər və
tütün məmulatları, 19756.7 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin yanvarnoyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.2 faiz, qeyri-ərzaq malları üzrə 3.8 faiz artıb.

2022-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları
mallara xərclədiyi vəsaitin 51.7 faizi ərzaq məhsullarının, 4.5 faizi içkilər və tütün
məmulatlarının, 14.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.6 faizi avtomobil
benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2.1 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 15.4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər