26 C
Baku
Saturday, July 27, 2024

Əlcəzair növbəti iki il ərzində neftin bir barrelinin qiymətinin 70 dollar olacağını proqnozlaşdırır

Əlcəzair hökuməti bazarda xam neftin bir barelinin qiymətinin 2023-cü ildən 2025-ci ilə qədər 70 dollar olacağını proqnozlaşdırır.

Bu barədə bazar günü Əlcəzair prezidenti Abdelmacid Tebbun tərəfindən imzalanan dövlət büdcəsi haqqında qanunda deyilir.

Sənəddə 2023-cü il üçün makroiqtisadi və büdcə göstəriciləri, 2024 və 2025-ci illər üçün proqnozlar yer alıb. Neftin bir barelinin baza qiyməti 2023-cü ildən 2025-ci ilə qədər 60 dollar, eyni dövr üçün bazar qiyməti isə 70 dollar səviyyəsində proqnozlaşdırılır.

Hökumət Əlcəzairdə inflyasiyanın 2023-cü ildə 5.1%-ə, 2024-cü ildə 4.5%-ə və 2025-ci ildə 4%-ə qədər yavaşlamasını gözləyirlər. Eyni zamanda iqtisadi artım 4.1%, 4.4% və 4.6% olmalıdır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər