29 C
Baku
Thursday, May 30, 2024

Əli Məsimli: “İnflyasiyanın birrəqəmli olması üçün tədbirlər gücləndirilməlidir”

Azərbaycanda ikirəqəmli inflyasiyanın birrəqəmli inflyasiyaya çevrilməsi istiqamətində tədbirlər gücləndirilməlidir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

“Mən subyektiv amillərin irəli çəkilməsini yüksək qiymətləndirirəm. Çünki artıq obyektiv amillər, xaricdən gələn inflyasiya bir neçə məhsulu çıxmaq şərti ilə səngiyib. Subyektiv amilləri aradan qaldırmaqla, bu sahədə bəzi qurumların cavabdehliyini artırmaqla və antiinhisar tədbirlərini gücləndirməklə birrəqəmli inflyasiyaya nail olmaq mümkündür”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər