21 C
Baku
Monday, May 20, 2024

Əmlak Məsələləri Dövlət Xidməti yeni səlahiyyət alır

Yeni avtomobil yolu istifadəyə verildiyi və ya avtomobil yolunun adı dəyişdirildiyi halda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu barədə məlumatlandırılacaq.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nda edilən dəyişikliklə bağlı qərarında əksini tapıb.

Dəyişikliyə əsasən, yeni avtomobil yolu istifadəyə verildiyi və ya avtomobil yolunun adı dəyişdirildiyi halda, bu Qaydaların Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları 3 (üç) gün müddətində ünvan reyestrində müvafiq dəyişikliklərin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu barədə məlumatlandıracaq.

Bundan əvvəl ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının adları dəyişdirildikdə, Əmlak Məsələləri Dövlət Komitəsi 3 (üç) gün müddətində ünvan reyestrində müvafiq dəyişikliklərin edilməsini təmin edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər