27 C
Baku
Saturday, July 27, 2024

Ən böyük qızıl-valyuta ehtiyatları olan ölkələr açıqlanıb

2022-ci ilin sonunda Çin ardıcıl on yeddinci dəfə dünyanın ən böyük qızıl-valyuta ehtiyatlarına malik olan ölkə seçilib. Məlumata görə, Çinin aktivləri 3.31 trilyon dollara çatıb, Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

Qızıl-valyuta ehtiyatlarında görə ikinci yerdə Yaponiya (1.27 trilyon dollar), üçüncü yerdə isə İsveçrə (924 milyard dollar) dayanır. İlk beşliyə həmçinin Rusiya (582 milyard dollar) və Hindistan (563 milyard dollar) daxil olub.

Qeyd edək ki, Ukrayna ərazisində müharibə başlayandan sonra Qərb Rusiyanın 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatlarını dondurub.

Son xəbərlər
Digər xəbərlər