25 C
Baku
Saturday, July 27, 2024

Ən çox milyonerə sahib olan ölkələr

NewWorldWealth hesabatına görə, Böyük Britaniya son onillikdə milyonerlərin ən çox sevdiyi yerdir. 2003-2013-cü illər intervalında Britaniyaya 114,100 milyoner köçüb (sərvətləri 1 milyon dollardan çox olan şəxslər nəzərdə tutulur).

Bu göstərici siyahıda İngiltərədən sonra gələn Sinqapurda olan milyonerlərin sayından iki dəfə çoxdur.

Sinqapur –  biznes üçün  şəffaf və xoş olan vergi siyasəti və həmçinin yüksək səviyyədə təhlükəsizlik olan bir ölkədir.  Ölkə bura köçən və burada yaşayan milyonerlərin sayına görə ikinci mövqedədir. Son 10 il ərzində ölkəyə 25 min milyoner gəlib.

ABŞ 42 min milyonerə qucaq açaraq üçüncü yerdə yerləşib.

Bəs bu milyonerlər haradan gəlirlər? Əksər hallarda, Çindən. Son 10 ilin hesabatına görə, Çini 76 min milyoner tərk edib.

Çindən sonra ən çox milyoner Hindistandan, daha sonra Fransadan, İtaliyadan və Rusiyadan köçüblər.

Hesabatın göstəricisinə görə, çinli milyonerlər əsasən Honkonqa, Sinqapura və Böyük Britaniyaya köçüblər. Hind milyonerləri ABŞ-a, Britaniyaya və Avstraliyaya üstünlük veriblər.

Fransadan və İtaliyadan olan milyonerlər isə əsasən Britaniyaya və İsveçrəyə köçüblər.

Təəccüblü olsa da, rahat İsveçrəni tərk edən və Sinqapur,  Böyük Britaniya və Ərəb Əmirliklərində yerləşən çox sayda milyonerlər də var.

Tədqiqatın nəticələri ən çox milyonerlərin Londonda (339, 300), daha sonra Nyu-Yorkda (300,300), Tokioda (226,500)  və Sinqapurda (225 min) yaşadıqlarını göstərir.

Aşağıda biz sizə 2003-2013-cü illərdə sayca ən çox milyonerlərə qucaq açan ölkələrin cədvəlini təqdim edirik.

Ölkə Milyonerlərin sayı
Вöyük Britaniya 114,100
Sinqapur 45,000
ABŞ 42,000
Аvstraliya 22,200
Honkonq 22,200
Son xəbərlər
Digər xəbərlər