10 C
Baku
Tuesday, March 5, 2024

Ən etibarsız smartfonlar hansılardır?

“Blancco” tədqiqat şirkətinin mütəxəssisləri bildiriblər ki, dünyada ən etibarsız smartfonlar iOS əməliyyat sistemi ilə çalışan smartfonlardır. 

“svopi.ru” saytına istinadən məlumata görə, nöqsanların böyük hissəsi – 58 faizi məhz belə cihazlarda qeydə alınır. Bu sahədə olduqca yüksək göstəricilərdən birini “Google”un əməliyyat sistemi olan “Android” də nümayiş etdirib – 35 faiz. Mütəxəssislər qeyd edib ki, bu ilin birinci rübündə vəziyyətə başqa idi – müvafiq olaraq 25 faiz və 44 faiz.

Araşdırma zamanı təşkilatın əməkdaşları təkcə proqram əlavələrinin qəzalı vəziyyətdə bağlanmasını yox, bir çox başqa faktorları da nəzərə alıblar. Bunların arasında Wi-Fi-ya və mobil internetə qoşulmada problemlər, kameranın qeyri-stabil işləməsi, həmçinin akkumulyatorun və kameraların nasaz vəziyyətə düşməsi də var.

“Blancco”nun verdiyasına görə, ən pis iOS cihazları bunlardır: “iPhone 6” (29%), “iPhone 6s” (23%), “iPhone 6s Plus” (14%), “iPhone 6 Plus” (13%) və “iPhone 5s” (8%).

“Android” cihazlara gəldikdə isə, onların arasında ən etibarsızı “LeTV 1 S” (10 faiz) olub. Buna baxmayaraq, əsasən nasazlıqlar toplu olaraq “Samsung” (26%) modellərində müşahidə edilir.

Lent.az

Son xəbərlər
Digər xəbərlər