27 C
Baku
Saturday, July 27, 2024

Ən populyar proqramlaşdırma dili hansıdır?

TIOBE Software şirkəti ən populyar proqramlaşdırma dillərinin yeni reytinqini açıqlayıb.

Şirkətə istinadən məlumata görə, indeksdə 1-ci yerdə həmişə olduğu kimi, 16,3 faizlik göstərici ilə Java proqramlaşdırma dili qərarlaşıb.

2-ci yeri il ərzində göstəricisi kəskin azalan (2016-cı ilin martında 14,5 faiz, hazırda isə 6,86 faiz təşkil edir) С proqramlaşdırma dili tutub.

3-cü pillədə 5,1 faizlə tezliklə ikinci mövqeyə yüksəlməsi gözlənilən С ++ yer alıb. İlk beşliyi isə Python və Vusial Basic.NET tamamlayıb.

Son ildə dörd pillə yüksələn Apple Swift dili reytinqdə 2,27 faizlik nəticə ilə onuncu yerə sahib olub.

Qeyd edək ki, Tiobe Software şirkətinin reytinqi proqramlaşdırma dilləri üzrə ən məşhurudur. Burada populyarlıq indeksi ən yaxşı proqramlaşdırma dilini yazılan çoxsaylı kod sətirləri ilə deyil, Google, Baidu, Wikipedia, Yahoo, Ebay və YouTube resurslarının statistikasının analizi əsasında dillərə marağın dəyişməsinə əsasən müəyyənləşdirir.

Son xəbərlər
Digər xəbərlər