25 C
Baku
Saturday, July 27, 2024

Ərdoğan Paşinyanla razılığa gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.

Tərəflər, həmçinin Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər.

 

 

Son xəbərlər
Digər xəbərlər