26 C
Baku
Tuesday, May 28, 2024

Ərdoğan “Taxıl sazişi”nin 120 gün müddətinə uzadıldığını bildirib

“Taxıl sazişi” 120 gün müddətinə uzadılıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin ev sahibliyi ilə həyata keçirilən dördtərəfli danışıqlar çərçivəsində, Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında qəbul edilən qərarla Qara dəniz Taxıl Dəhlizi Anlaşması 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb.

“Arxada qoyduğumuz 4 aylıq dövrdə 500-ə yaxın gəmi ilə 11 milyon tondan çox taxıl və qida məhsullarının ehtiyac sahiblərinə çatdırılması bu anlaşmanın dünyanın qida təchizatı və təhlükəsizliyi üçün nə qədər önəmli və faydalı olduğu açıq şəkildə göstərib. Anlaşmanın uzadılması üçün iradə nümayiş etdirən Birləşmiş Millətlər Təşkilatına, Baş katib cənab Quterreşə, Rusiya Prezidenti cənab Putinə və Ukrayna dövlət başçısı cənab Zelenskiyə təşəkkür edirəm, zəhməti keçən hər kəsi təbrik edirəm”, – Türkiyə lideri qeyd edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər