4 C
Baku
Cümə, Dekabr 3, 2021

“Əsas çağırış iqtisadiyyatın neftdən asılılığını azalmasını şərtləndirir” – Baş bankir

“Növbəti il üçün olan proqnozlar tam şəkildə makroiqtisadi sabitlik sistemində qurulub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, postmüharibə və postpandemiya dövründə böyük maliyyə çağırışlar büdcə xərclərinin artmasını tələb edir: “Burada əsas strateji çağırış iqtisadiyyatın neftdən asılılığını azalmasını şərtləndirir. Yaxın gələcəkdə bütövlükdə makroiqtisadi sistemin qəbul ediləcək yeni strategiyaya uyğunlaşdırılması gözlənilir”.

Elman Rüstəmov qeyd edir ki, ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir.

Baş bankir bildirib ki, bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac var: “Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabəti təmin etməkdir. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabəti təmin etməliyik”.

 

Son xəbərlər
Oxşar xəbərlər
X