Azərbaycan xaricdən 2021-ci ilin yanvar-iyul aylarında dəyəri 300 milyon 3 min ABŞ dolları olan 13 min 592 ton əczaçılıq məhsulları idxal edilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilib.
Belə ki, idxal edilmiş məhsulun dəyəri 85 milyon 936 min ABŞ dolları (40%),miqdarı isə 252 ton (18.8%) artıb.
Qeyd edək ki, ötən ilin ilk 7 ayında ölkəyə 214 milyon 67 min dollar dəyərində 13 min 339 ton əczaçılıq məhsulları idxal edilib.