3 C
Baku
Saturday, December 14, 2024

Əfqanıstan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb

Əfqanıstan Hava Yollarına (Ariana Afghan Airlines) məxsus təyyarə ölkənin şərqindəki Qəzni vilayətində qəzaya uğrayıb.

Vali nümayəndəsi təyyarənin Dih Yak mahalında qəzaya uğradığını qeyd edib.

İlkin məlumatlara görə, sərnişin təyyarəsinin göyərtəsində 83 nəfər olub.

Təyyarənin “Taliban” silahlıları tərəfindən idarə olunan ərazidə qəzaya uğradığı bildirilir. Qəza yerinə yerli xüsusi təyinatlı dəstənin əməkdaşları göndərilib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

©Report

Son xəbərlər
Digər xəbərlər