6 C
Baku
Monday, December 16, 2024

Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd cəhdi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

“RİA Novosti”yə xəbər verir ki, məlumatı Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yayıb.

Partlayış sentyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında törədilib.

“Əfqanıstanın düşmənləri Əmrullah Salehə xəsarət yetirmək istəsə də, cəhdləri boşa çıxıb. Birinci vitse-prezident sağdır”, – o vurğulayıb.

Bildirilib ki, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Yaralananlar arasında birinci vitse-prezidentin mühafizəçiləri də var

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər