Yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 mlrd. 511,6 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin hər bir nəfərinə düşən gəlirlər orta hesabla 1822,9 manat və ya ayda 364,6 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 79,4%-i (13,9 mlrd. manat) son istehlak xərclərinə, 9,5%-i (1,7 mlrd. manat) vergilərin, sığorta və üzvlük haqlarının, 2,8%-i (490,325 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i (1,453 mlrd. manat) isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlərin 15 mlrd. 846,9 mln. manat olub.
APA