İspaniya şirkəti Şahdağın qış mövsümünə hazırlığı üçün 410 min manata məsləhət verəcək

Şahdağın qış mövsümünə hazırlığına 410 min manat xərclənəcək.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Neugest 1957 SLU” şirkəti ilə müqavilə imzalayıb.

Müqavilə Şahdağda 2026/2027-ci il qış mövsümünə hazırlıq məqsədilə dəstək və məsləhət xidmətlərinin satın alınması ilə bağlıdır.

Müqavilənin ümumi məbləği 409 867 manat təşkil edir.

Qeyd edək ki, “Neugest 1957 SLU” İspaniyanın Barselona şəhərində yerləşən şirkətdir və dağ-xizək mərkəzləri, turizm və idman infrastrukturu üzrə fəaliyyət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər