8 C
Baku
Tuesday, March 19, 2024

Əhali nağd dollarlarını banklarda dəyişir və ARDNF-in hərraclarında valyutaya tələb düşür

Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin iyun ayı üzrə valyuta hərracları tamamlandı və bu ay son illərin ən zəif göstəricisi ilə tarixdə qaldı.

Banker.az xəbər verir ki, iyun ayında 278.3 milyon ABŞ dolları satılıb. Bu da aylıq 3.4%, illik isə 40% azalıb.

İyun ayında doqquz hərrac gerçəkləşdi, bu hərracların ən çox tələblisi 56.4 mln., ən aşağısı isə 11.6 milyon dollar satıldı, hansı ki illərin ən zəif hərracı idi.

Bununla da 2022-ci ilin ilk yarısında Dövlət Neft Fondu banklara 2 milyard 739.5            milyon ABŞ dolları satmış olub ki, illik müqayisədə 29.62 miloyon dollar, yaxud 1.1% azalmadır.

98765

DOLLARA TƏLƏB NİYƏ DÜŞÜR

Azərbaycanda əsas valyuta gətirən neftin qiyməti öncəki illərdən 60-70% bahadır. Dünya birjalarında Brent markalı xam neftin spot qiyməti son 4 ayda 100 dolların üzərində özünə rahat mövqe seçib. Əlavə olaraq, Mərkəzi Bank rəhbərliyinin dəyişməsinə rəğmən manatın sabit saxlanılması ilə bağlı valyuta bazarına ciddi siqnal verib.

Cari durumda üzən məzənnə rejmi ilə davam etsəydi, manatın bahalaşması da hətta baş tuta bilərdi. Necə ki, buna qədər sabiq baş bankir Elman Rüstəmov işarə etmişdi. O press-konfransların birində qeyd etmişdi ki, hətta manatın bahalaşması üçün təzyiq var, amma bu ölkə iqtisadi strategiyaya uyğun olmadığı üçün bu dəyişməz qalır.

2022-ci ilin aprelindən Azərbaycan Mərkəzi Bankına rəhbərlik edən Taleh Kazımov da manatın “lövbər” məzənnəsini dəstəklkəyəcəyi siqnalını verib və manatın “üzməsi” üçün fundamental yanaşma tələb edilir.

Hazırda Azərbaycanda tədiyyə balansı profisitlidir. 2022-ci ilin birinci rübündə 1.6 mlrd. ABŞ dolları profisit yaranmışdı.

Qeyd edilən tədiyyə balansı göstəricilər və rəsmlərin açıqlamaları manatın məzənnəsi üçün yerli valyuta bazarında sakitlik yaradır və bu da dollara olan tələbi azalmağa səbəb olur.

Buna dair daha bir göstərici isə Azərbaycanda bankların əhali ilə mübadilə etdiyi nağd dolların azalmasıdır. Belə ki, banklar əhalidən aldığı dollar satdığını üstələyir. Bu halda baş verdikdə əhali tərəfdən banklara nağd dollar axına səbəb olur. Ətraflı. Dolların yerli banklar tərəfindən hərraclara maraqsız olması da məhz bu səbəblərdəndir.

Qlobal miqyasda inflyasiyanın kəskin yüksəlməsi mərkəzi bankları faiz artımına vadar edir. İri iqtisadiyyatlarda Yaponiya Mərkəzi Bankı istisina bütün banklar faiz artımına gedib. ABŞ FED-i 40 illik inflyasiyanı cilovlamaq üçün sərt monetar siyasətə əl atıb, faizləri 75 baza bəndi artırmışdı ki, son iki dekada ən yüksək artımdır. Avropa Mərkəzi Bankı da mənfi zonada olan depozit faizlərini yüksəltməklə, növbəti iclasda 50 faiz bəndi artıma gedəcəyinə işarə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər