2 C
Baku
Saturday, December 14, 2024

Əhalinin banklardan dollar alışı yanvarda yüksəlib – məzənnə qalxıb

Azərbaycanda 2021-ci ilin ilk ayında banklar əhaliyə satdığı dolların həcmi son ayda 36% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Banklar əhaliyə yanvar ayında 325.4 milyon ABŞ dolları satıb. Banklar isə əhalidən 67.73 milyon ABŞ dolları alıb, bu da öncəki ayla müqayisədə 30.6% azalma deməkdir.

Bundan əlavə banklar əhaliyə 669 min ingilis funt sterlinqi, 10.55 milyon avro və 139.39 milyon rus rublu satılıb.

Banklarla əhali arasında ABŞ dollarının orta mübadilə məzənnəsi 1.7016 manat təşkil edib. Bu isə son 9 ayın ən yüksək məzənnəsi deməkdir.

Son xəbərlər
Digər xəbərlər