10 C
Baku
Friday, December 13, 2024

Əhalinin depozitlərində de-dollarizasiya son səkkiz ilin maksimumuna qalxıb

Azərbaycanda fiziki şəxslərin əmantlərində de-dollarizasiyanın (dolların portfeldə payının azalması) səviyyəsi 2014-cü ilin dekabrından bu tərəfə maksimum həddə keçib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 1 fevral 2022-ci il tarixinə fiziki şəxslərin banklarda 9 milyard 635.8 milyon manat ekvivalentində depozitləri vardır.

Bunun da 5 milyard 848.6 milyon manatı milli, 3 milyard 787.13 milyon ekvivalentində isə xarici valyutadadır.

Milli valyutada olan depozitlərin payı 61%, xarici valyutanın payı isə 39% təşkil edib.

34232312

Son xəbərlər
Digər xəbərlər