15 C
Baku
Saturday, April 20, 2024

Əhalinin güzəştli şərtlərlə mənzil əldə edilməsinə görə İKZF-ə 80 mln. manat verilir

Dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üzrə tədbirlərlə bağlı olan bənddən İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vsaitin həcmi açıqlanıb.

Banker.az Prezidentin fərmanına istinadən xəbər verir ki, Fonda həmin hissədən 80 milyon manatı ayrılacaq. Qeyd edək ki, ümumi olaraq bu il 162 mln. manat ayrılması nəzərdə tutulurdu. Bu da 2 dəfəyə yaxının İKZF-ə ayrılmasıdır.

Xatırladaq ki, Prezident ötən il büdcədən 150 mln. manat (ümumi) ayırmışdı.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.81.1-ci yarımbəndinə (Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi) əsasən müəyyən edilən vəsaitin 20 milyon manatı hesabına olacaq.

Son xəbərlər
Digər xəbərlər